Ombudsman Aparatı ilə Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
28.12.2024 [14:35]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumun imzalanma mərasimindən əvvəl “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva hazırda Ombudsman Aparatı ilə ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib. O, bu əməkdaşlıq çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbə və magistrantlarının təsisatda istehsalat və elmi-tədqiqat təcrübəsi keçdiyini bildirib. Eyni zamanda, bu günədək təsisatda çalışan əməkdaşların Akademiyada ali təhsilin müxtəlif səviyyələri üzrə təhsil aldığını, həmçinin əlavə təhsilə cəlb olunduğunu diqqətə çatdırıb.
Ombudsman memorandumun imzalanması nəticəsində hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyini, insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış kadrların formalaşmasında, müvafiq sahədə elmi işlərin sayının artırılmasında daha böyük nailiyyətlərin əldə olunacağını qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin innovativ dövlət idarəçiliyi konsepsiyası: nəticələr və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Rektor dövlət idarəçiliyi sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizin davamlı inkişaf etdiyini və bu sahədə respublikamızın yüksək göstəricilər əldə etdiyini diqqətə çatdırıb.
Daha sonra ombudsman Səbinə Əliyeva və DİA-nın rektoru Urxan Ələkbərov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Anlaşma Memorandumun əsas məqsədi Ombudsman təsisatı ilə DİA arasında əlaqələrin daha da genişləndirilməsi, insan hüquqlarının təbliği, tədrisi və tətbiqi sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

