Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VII Hesabat-Seçki Konfransı başa çatıb
02.12.2024 [18:32]
Dekabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VII Hesabat-Seçki Konfransı keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, konfransda ATGTİ-nin sədri Pərviz Mirələmli 2022-2024-cü illər üzrə hesabat məruzəsini təqdim edib, həyata keçirilən layihələr və qazanılan uğurları vurğulayıb. Çıxışın ardınca İttifaqın hesabatını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Naxçıvan Ali Məclisinin deputatı Əziz Qasımov çıxış ediblər. Çıxışlarda İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyəti qeyd edilib, tələbələrin yeni reallıqlara uyğun öz sahələrində daha fəal olmalarının vacibliyi vurğulanıb. Həmçinin yerlərdə fəaliyyət göstərən təşkilatların gənclərin istər fiziki, istərsə də mənəvi sağlamlığının təşviq edilməsi yönündə, habelə onların müasir tələblərə uyğun bilik və bacarıqlarının inkişafında və ən əsası, məsuliyyətli vətəndaş kimi formalaşmalarında rolu qeyd olunub.
Daha sonra göstərdikləri uğurlu fəaliyyətə görə gənclərin mükafatlandırılma mərasimi keçirilib.
Rəsmi hissədən sonra tələbələrin ifasında musiqi proqramı təqdim olunub.
Konfransın sonunda İttifaqın idarə heyəti və sədr seçkiləri prosesinin gedişatı auditoriyaya təqdim edilib və seçki komissiyasının tərkibi haqqında məlumat verilib. Komissiyanın rəyi və seçkilərin nəticələrinə uyğun olaraq namizədliyi irəli sürülən ATGTİ-nin baş katibi Rəşad Zeynalovun İttifaqın növbəti müddət üçün sədri vəzifəsini tutacağı elan edilib.
Rəşad Zeynalov çıxış edərək 2024-2026-cı illər üzrə Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili istiqamətində addımlar atılacağını, ATGTİ-nin dövlət gənclər siyasəti çərçivəsində qarşıda duran yeni hədəflərə çatmaq üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

