Azərbaycanın Zəfər Günü münasibətilə Manisada tədbir təşkil olunub
10.11.2024 [20:23]
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Salam Türkün bayrağına” adlı tədbir təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Manisada yerləşən Yunus Əmrə Mədəniyyət Parkındakı “İrfan Məclisi”ndə təşkil edilən tədbirdə əvvəlcə Türkiyə və Azərbaycanın şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etdiyinə və dəstəyini əsirgəmədiyinə görə Yunus Əmrə Bələdiyyəsinin sədri Semih Balabana, Manisa Büyükşəhər Bələdiyyəsinin Baş katibi Burak Dəstəyə və Manisanın digər bələdiyyələrinə, yerli icra strukturlarına, ictimai təsisatlarına, siyasi partiyalarına və media nümayəndələrinə minnətdarlığını bildirib.
Tədbirə dəvət olunan Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Dünyası İctimai, iqtisadi və siyasi əlaqələr kafedrasının müdiri, professor Vəfa Kurban Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti, etnik təmizləmə, separatçılıq və terror siyasəti barədə məruzə ilə çıxış edib. Hazırladığı təqdimatda törədilən cinayətləri faktlarla nümayiş etdirən məruzəçi qlobal arenada nümayiş olunan ikili standartlardan və onun ağır nəticələrindən danışıb. Qarabağın işğal planı və bu proseslərin xronologiyası təqdim olunan məruzədə azərbaycanlılara qarşı dəfələrlə törədilmiş soyqırımlarının işğaldan azad olunan həmin ərazilərdə kütləvi məzarlıqların tapılması ilə sübuta yetirildiyi vurğulanıb.
Zəfər Günü barəsində danışan alim Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində ölkəmizin İkinci Qarabağ müharibəsindəki Qələbəsinin təmin olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyəti, yüksək peşəkarlıq nümayiş etdirən hərbçilərimizin qəhrəmanlığı ilə Vətən müharibəsi xalqımızın Böyük Zəfəri ilə başa çatıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

