Azərbaycanın Zəfər Günü Buxarestdə də qeyd olunub
08.11.2024 [21:47]
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarest Diplomat Sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rumıniyada yaşayan azərbaycanlılar, tələbələr, ictimai-siyasi xadimlər, bu ölkədə türk dövlətlərini təmsil edən diplomatik nümayəndəliklərin rəhbərliyi iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Zəfərinə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Səfir 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü, işğal altında olan şəhərlərin, kəndlərin bütövlüklə xarabaya çevrildiyini bildirib. Diplomat xalqımızın heç vaxt tarixi ədalətsizliklə barışmadığını, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. Eyni zamanda, münaqişədən sonrakı dövrdən söz açan səfir Qarabağın günü-gündən dirçəlməsini, regionda miqyaslı quruculuq-bərpa işlərinin, beynəlxalq layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin diplomat Azərbaycan ilə Rumıniya arasında olan strateji və dostluq əlaqələrindən danışıb.
Tədbirdə Buxarest Dövlət Universitetinin doktorantı Salatın Şamilova Vətən müharibəsi şəhidlərinin rəmzinə çevrilmiş “Xarıbülbül” haqqında essesini səsləndirib.
Sonra Azərbaycan istehsalı olan “Açar” qısametrajlı filmi nümayiş edilib.
Sonda qonaqlar üçün ziyafət təşkil olunub.
Zəfər Günü münasibətilə səfirliyin heyəti Buxarestin Tei parkında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər, önünə gül dəstələri düzüblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

