Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Məktəbində sərgi keçirilib
15.10.2024 [13:36]
14 oktyabr 2024-cü ildə Polşanın paytaxtı Varşava şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan - yaddaşlarımızda” adlı sərginin açılışı baş tutub.
Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışını edən Universitet rektoru professor Pyotr Vaxovyak, rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirərək sərgiyə uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfir, xanım Nərgiz Qurbanova çıxış edərək Azərbaycanın zəngin tarixi irsə malik olduğunu, Qərbi Azərbaycanın mədəni irsinin xüsusi yerinin olduğunu bildirmiş və İrəvan xanlığının tarixi barədə geniş məlumat vermişdir. Səfir avropalı səyyahların əsərlərində xanlıq barədə geniş məlumatların olduğunu diqqətə çatdıraraq bu gün təəssüf ki, bu zəngin irsin məhv edilməkdə olduğunu qeyd etmişdir. Nərgiz Qurbanova bildirmişdir ki, maddi irs məqsədli şəkildə məhv edilsə belə, onu insanların yaddaşından həqiqətləri silmək mümkün deyil və tarix gec ya tez həqiqətləri üzə çıxarır.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar çıxışı zamanı sərgiyə gələn bütün qonaqlara təşəkkür edərək bildirmiş ki, Qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dəfə deportasiyaya məruz qalıb və nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.Ermənistanın Qərbi azərbaycanlıların zəngin mədəni irsinə ağır zərbələr vurmasını, azərbaycanlıların yaşayış məntəqələrinixarabalığa çevirdiyini, əsrlərin sınağından keçmiş abidələri yerlə yeksan etdiyini qeyd edən İcma rəsmisi, Ermənistanda azərbaycanlılara məxsus 300-dən çox məscidin, yüzlərlə qəbristanlığın məhv edildiyini bildirib. O, Göyçə aşıq məktəbinin tanınmış siması Aşıq Ələsgərin doğma kəndindəki qəbirüstü abidəsinin Ermənistan tərəfindən məhv edildiyi haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Bakıda Aşıq Ələsgərin abidəsinin açılışını həyata keçirməsini xalqımızın mətanətinin, mədəni dayanıqlıqlılığının və qayıdışa inamının simvolu olduğunu vurğulamışdır. İcma rəsmisi mədəni irsə edilən hücum həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyini qeyd edərək, beynəlxalq ictimaiyyəti, İcmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırmışdır.
Qeyd edək ki, oktyabr ayının 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib. İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59

