XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ağdamda
27.09.2024 [17:03]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi Ağdam şəhərində davam edir. Sentyabrın 27-də məktəb iştirakçılarının erməni vandalizminə məruz qalmış Ağdam şəhərinə ekskursiyası təşkil olunub. Tədbir iştirakçıları Ağdam Cümə məscidi, Şəhidlər xiyabanı, İmarət Kompleksini ziyarət ediblər, şəhərdə aparılan quruculuq işləri ilə tanış olublar.
Sonra tələbələr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin böyük məsləhətçisi Ləman Əliyevanın “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirəçi vurğulayıb ki, bəşəriyyət üçün ən ağır və ən dəhşətli dövr müharibələr, istilalar dövrüdür. Zəngin tarixi keçmişi və geniş mədəni irsi olan Azərbaycan zaman-zaman müharibə meydanlarına çevrilib. Azərbaycan xalqı müharibə dövrünü keçən əsrin sonlarında bir daha yaşadı. Xalqımızın tarixinə qanlı hadisələr, faciələr, misli görünməmiş soyqırımı yazıldı, torpaqlarımızın 20 faizdən çox hissəsi işğal edildi, ərazi bütövlüyümüz pozuldu, soydaşlarımız yurd-yuvalarından didərgin düşdü. Yaşı min illərə söykənən tarixi-mədəni abidələrimiz də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanı oldu. Ləman Əliyeva ermənilərin Azərbaycanın tarixi-mədəni abidələrinə qarşı törətdiyi vandalizm aktları barədə geniş məlumt verib. Bildirib ki, 30 il ərzində ermənilər bizə məxsus olan tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıdıb, yüzlərlə mədəniyyət abidələrimizi yerlə-yeksan edib, Azərbaycana məxsus tarixi abidələrin adlarını dəyişdirib özününküləşdirib, tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev-muzeylərinin yerləşdiyi tarixi binaları tamamilə məhv edib, işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törədiblər. O qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə, bəşər mədəniyyətinə qarşı törədilən vandalizm aktıdır.
Məruzəçi torpaqlarımız işğaldan azad olunandan sonar burada aparılan bərpa və təmir işləri haqqında da məlumat verib. Ərazilərin minalardan təmizləməsi, şəhər və kəndlərin yenidən qurulması və mədəni abidələrin bərpası prosesində qarşıya çıxan çətinliklərdən bəhs edib. Mədəni irsin bərpasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Mühazirə XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırgızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir.
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən, Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan Beynəlxalq Multikulturalizm Məktəbləridir. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45

