Bakıda növbəti təhlükəsizlik forumu keçirilib
17.09.2024 [10:30]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. DTX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciəti səsləndirilib, konfransın mövzusunu əhatə edən videomaterial təqdim olunub.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev qonaqları salamladıqdan sonra ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Xidmət rəisi Əli Nağıyev, həmçinin beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırıb.
Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.
General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risklərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Daha sonra tədbir xarici xüsusi xidmət orqanlarının nümayəndə heyəti rəhbərlərinin mövzu ilə əlaqədar çıxışları ilə öz işini davam etdirib, sonda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılmasının iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəkləndiyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

