Elmin zirvəsinə yüksələn alim Fikrət Əliyev - 75
13.08.2024 [17:24]
Alim ömrünü çox doğru olaraq yanan şama bənzədirlər. Şam yandıqca ətrafa ziya saçır, qaranlığı işıqlandırır. Alim də belədir. O da təmsil etdiyi ölkəni, xalqı, cəmiyyəti aydınlığa çıxartmaq üçün daim fədakarlıqlar göstərir, yuxusuz gecələr keçirir, nail olduğu ixtiralarla həyatımıza yeni rahatlıqlar gətirir. Belə aydınlarımızdan biri də AMEA-nın Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, akademik Fikrət Əliyevdir.
Fikrət Əhmədəli oğlu Əliyev 1949-cu il avqust ayının 13-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində ziyalı ailəsində anadan olub. Onun uşaqlığı, yeniyetməlik dövrü qaynar bir dövrə təsadüf edir. Düzdür, o dövrdə komputer yox idi. Ancaq məktəblərdə, ailələrdə təhsilə böyük maraq var idi. Şagirdlər bir-biri ilə sözün yaxşı mənasında rəqabət aparır, çoxlu mütaliə edir, dərslərində fərqlənməyə çalışırdılar. O dövrün əksər gənclərinin xəyalları Bakıya uçurdu. Onlar burada instituta daxil olmaq və təhsillərini başa vurduqdan sonra elə ali məktəbdə qalıb işləmək, müdafiə edib alim olmaq barədə planlar qururdular. Bu cəhətdən Fikrət də yaşıdlarından fərqlənmirdi. O, 1966-cı ildə orta məktəbi bitirərək arzularının qanadında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. F.Əliyev 1971-ci ildə həmin fakültəni bitirərək aspiranturaya daxil olub, 1975-ci ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını, 1990-cı ildə isə Moskva şəhərində fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə edib.
Fikrət Əliyev 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992-1993-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olub, 1993-cü ildən indiyədək BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin direktoru vəzifəsində calışır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına informatika ixtisası üzrə akademik seçilib. 1994-cü ildən etibarən F.Əliyevin rəhbərliyi ilə müntəzəm olaraq institutun elmi seminarı keçirilir. Seminarda əcnəbi alimlər, ölkəmizin müxtəlif elmi mərkəzlərində, universitetlərində çalışan alimlər elmi məruzələrlə çıxış edirlər.
Çoxlu alim yetişdirən, Azərbaycan elmini ölkə hüdudlarından kənarda da layiqincə təmsil edən Fikrət Əliyev müxtəif təltiflərə layiq görülüb. Belə ki, o, Azərbaycanın “Tərəqqi”, Rumıniyanın Riyaziyyat Cəmiyyətinin 100 illiyinə həsr olunmuş xatirə, Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetin Yubiley medalları ilə təltif olunub. Onun özü bütün mükafatlarını Azərbaycan adına qazandığını və bununla böyük fəxarət hissi keçirdiyini bildirir. 75 yaşı tamam olan görkəmli alimimizi təbrik edir və ona möhkəm cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzulayırıq.
"Yeni Azərbaycan" qəzeti
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

