Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb
24.07.2024 [16:56]
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb. Dördüncü mövsümün qaliblərindən 18 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Qalib gələn iştirakçıların 45.71 faizi dövlət, 42.86 faizi özəl, 2.86 faizi QHT-lərdə çalışır. Qeyd edək ki, final mərhələsi üzrə ən yüksək nəticə 19 bal olub.
Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələlərinin qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilib. Yarımfinal mərhələsində strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndirilib.
Finalın ən yaddaqalan anlarından biri isə Təşkilat Komitəsinin üzvləri və mentorların iştirakı ilə baş tutan “Mentor keysi”ndə yaşanıb. Belə ki, mentorlar iştirakçılarla birlikdə İşçi Qrupunun hazırladığı “Süni intellekt və gələcəyin əmək bazarı” adlı tapşırığı yerinə yetiriblər. Maraqlı mübarizənin və fikir mübadiləsinin sonunda mentorlar iştirakçılara əlavə bal verərək qiymətləndiriblər. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.
Qaliblərin adlarını təqdim edirik:
1. Rəhimov Teymur Azər oğlu
2. Şamilzadə Orxan Müşfiq oğlu
3. Əmmayev Təbriz Bilal oğlu
4. Mustafayev Sənan Sahid oğlu
5. Nəcəfli Cəfər Yusif oğlu
6. Şirinli Qaraxan Bayraməli oğlu
7. Hüseynli Kamal Həsən oğlu
8. Həsənəlizadə Şəfəq İlham qızı
9. Musayeva Günel Elşad qızı
10. Yaqublu Toğrul Namiq oğlu
11. Göyüşov Səbuhi Nizami oğlu
12. Hüseynov İsmayıl Sayəddin oğlu
13. İsgəndərov Orxan Elman oğlu
14. Babazadə Salman Məhəmməd oğlu
15. Qocayev Nicat İlham oğlu
16. Məmmədov Ayaz Məmmədrahim oğlu
17. Hüseynov Seymur Elşad oğlu
18. Həsənli Aslan Yusif oğlu
19. Qasımov Anar Aslan oğlu
20. Məmmədxanlı Rüfət Cahangir oğlu
21. Əsgərov Əkbər Rövşən oğlu
22. Səmədov İnsafəli Cümeyir oğlu
23. Fətəliyev Eyyub İlqar oğlu
24. Məmmədov Şahlar Elman oğlu
25. Abdullazadə Elnur Fazil oğlu
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

