Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
02.07.2024 [18:42]
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi bu ilin 1 sentyabr tarixinədək yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədarük ediləcək ərzaqlıq buğda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiqlənməlidir. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti hər ay üçün ondan öncəki ay ərzində Azərbaycan Respublikasına idxal edilən ərzaqlıq buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyən ediləcək.
Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələrinin ünvanları və əlaqə telefonları aşağıdakı kimidir:
Səngəçal Taxıl Elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi, tel. 012-210-01-95;
Gəncə Taxıl Elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, tel. 012-210-01-95;
“Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel. 050-613-53-69;
“Karat Holding” MMC-nin Abşeron şöbəsi: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 13, tel. 050-222-38-36;
“Karmen” MMC”: Abşeron rayonu, tel. 050-265-80-75;
“SarıSünbül” MMC: Xızı rayonu, Giləzi kəndi, tel. 050-220-40-40;
“Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel. 070-313-99-62;
“Gəncə Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi 1, tel. 050-320-64-54;
“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel. 050-213-97-67;
“PakNur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov 1, tel. 051-553-55-65.
Əlavə olaraq, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq, pilot layihə çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvil verilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli 351s saylı sərəncamında müəyyən edilən 400 manat dövlət tədarük qiymətindən aşağı olduğu hallarda, aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

