Saz- söz sənətkarı - Aşıq İdris
14.05.2024 [10:05]
Şairlər yurdu olan Göyçə mahalı Azərbaycan ədəbiyyatına, incəsənətinə görkəmli şəxsiyyətlər bəxş edib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq sənətinin ən yüksək zirvəyə çatmasında Göyçə aşıq məktəbinin əvəzsiz rolu var. Bu məktəbin yetirmələrindən biri də el sənətkarı Məhərrəmov İdris Şirin oğlu idi. O, könüllü olaraq II dünya müharibəsinə getdi və geri qayıtmadı. İslam Ələsgərin “Sazlı-sözlü Göyçə” kitabında II dünya müharibəsindən doğma yurda dönə bilməyən saz-söz sənətkarları haqqında yazır: “”Böyük Vətən müharibəsi” adlandırılan 1941-1945-ci il müharibəsi zamanı cəbhəyə yollanan Göyçə oğulları, öz canları, qanları bahasına Vətəni düşməndən təmizləməkdə fəal iştirak elədilər. Onların bir çoxu həlak oldu, doğma yurda qayıda bilmədi, öz əllərilə divardan asdıqları saz müharibədən sonra da uzun müddət sahibinin yolunu gözlədi”.
Divardan asılan sazın uzun müddət yolunu gözləyən vətən oğullarından biri də Məhərrəmov İdris Şirin oğlu idi. O, 1894-cü ildə Göyçə mahalının Zərkənd kəndində sənətkar ailəsində anadan olmuş, ilk ustad dərsini 12 yaşında ikən atası Aşıq Şirindən almışdı. Aşıq Ələsgərdən, Aşıq Musadan saz-söz sənətinin incəliklərini öyrənmişdi. Səksəndən artıq saz havasına bacarıqla yiyələnib, otuz beş dastanı hər dəfə yeni əlavələrlə danışırmış. Ailə arxivimizdə qorunub saxlanan Azərbaycan, rus, erməni dilində 1938- 1941-ci illəri əhatə edən arayışların verdiyi məlumata görə Aşıq İdris İkinci Dünya müharibəsinə gedənə qədər Basarkeçər rayonunun Aşıqlar Birliyinin sədri, Aşıqların I (5 may 1928-ci il) və II (12 mart 1938-ci il) qurultaylarının nümayəndəsi və Əməkdar İncəsənət xadimi olub. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə gedib (baxmayaraq ki, bir neçə dəfə hərbi komissarlıq tərəfindən geri qaytarılıb) və müharibədən qara kağızı gəlib.
Bu günlərdə Lütfiyar Nəsibovun “ Göyçə mahalı II Dünya savaşında” adlı kitabı ilə tanış oldum. Lütfiyar Nəsibov Zərzəbil (Zərkənd) sakinlərindən müharibəyə gedənlər haqqında yazır: “ İkinci Dünya müharibəsində Zərkənd sakinlərindən 57 nəfər döyüşlərdə həlak olmuş və ya itkin düşmüşdür. Onların siyahısı və hər biri haqda qısa məlumat təqdim olunur: ... Məhərrəmov İdris Şirin oğlu (1905, Zərkənd) 28 avqust 1942-ci ildə səfərbər edilmişdir. Basarkeçər RHK-nın 65618 saylı, 14 dekabr 1949-cu il tarixli,1 inv.883 saylı, tarixsiz, müharibədən sonrakı dövrün məlumatında 1943-cü ilin fevralında itkin düşdüyü göstərilir. Arxiv fondlarında araşdırmalar zamanı aşkar edilmiş digər sənəddə: 107-ci atıcı birqada İdarəsinin 11698 saylı, 26 mart 1943-cü il tarixli qaytarılmaz itkilər haqqında məlumatında 18 fevral 1943-cü ildə döyüşdə həlak olduğu və Krasnodar diyarı Novorossiysk şəhəri Misxako qəsəbəsində dəfn olunduğu göstərilir (ş. 539)”. Bu məlumat məni çox sevindirdi, çünki illərdi babam haqqında axtarış aparıram, babamın dəqiq neçənci ildə anadan olduğunu və nə vaxt, harada həlak olduğunu tapa bilmirdim. Lütfiyar Nəsibovun “ Göyçə mahalı II Dünya savaşında” adlı kitabı babam haqqında bilmədiklərimizi üzə çıxardı. Əvvəllər əldə etdiyimiz məlumatlarda babam Məhərrəmov İdris Şirin oğlunun doğum tarixi 1894 və 1903-cü illər kimi verilmişdir. Lütfiyar Nəsibovun “Göyçə mahalı II Dünya savaşında” kitabından babam Aşıq İdrisin doğum və vəfat tarixini tam dəqiqliyi ilə müəyyənləşdirmiş oldum. Deməli Məhərrəmov İdris Şirin oğlu 1905-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub, 1943-cü ildə, 38 yaşında müharibədə qəhrəmancasına vəfat edib və Krasnodar diyarı Novorossiysk şəhəri, Misxako qəsəbəsində dəfn olunub.
Lütfiyar Nəsibovun “Göyçə mahalı II Dünya savaşında” kitabı çətin, uzun, ağır bir zəhmətin bəhrəsidir. O, tədqiqatı zamanı nə qədər hərbi arxiv sənədlərindən istifadə etdiyi kitabda tam öz əksini tapıb. Lütfiyar müəllimə bu dəyərli kitabı ərsəyə gətirdiyi üçün, II Dünya müharibəsində Göyçə mahalında əzizlərini itirənlər adından təşəkkür edirəm.
Rübabə Şirinova,
AMEA Əlyazmalar İnstitutu fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

