“İrəvan üçün başqa yol yoxdur – ya sülh, ya da sülh"
12.05.2024 [11:48]
"30 il əvvəl bu gün – 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edilməsinə dair “Bişkek protokolu” qüvvəyə mindi, cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırıldı. Müvəqqəti atəşkəsə rəğmən, Azərbaycan torpaqlarını daimi işğal altında saxlamağa çalışan Ermənistanın niyyəti bir müddət sonra iflasa uğradı. Azərbaycan Ordusu təcavüzkar silahlı birləşmələrin növbəti dəfə atəşkəs rejimini pozaraq törətdiyi təxribata əks-hücum əməliyyatı ilə cavab verdi, 44 günlük Zəfər yürüşü “status” iddiasını və status-kvonu tarixin arxivinə yolladı, Ermənistan atəşkəsdən 26 il 6 ay sonra kapitulyasiya aktına imza atdı. 2023-cü ilin səntyabrında isə Azərbaycan lokal xarakterli antiterror tədbirləri ilə postsovet məkanında ilk dəfə olaraq öz ərazisində separatizmi məhv etdi".
Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.
N.Qələndərli qeyd edib ki, bəhs olunan dönəmlə bugünkü reallıqları müqayisə etdikdə bir sira məqamlar xüsusi olaraq diqqəti cəlb edir: "O vaxt atəşkəs daha çox Azərbaycana lazım idi. Çünki torpaqları işğala məruz qalmış dövlət Ermənistanın xarici himayədarlarının dəstəyi ilə davam etdirdiyi təcavüzün qarşısını almaq və ədaləti bərpa etmək üçün “taymaut” götürməli, iqtisadi və hərbi-strateji addımlar ataraq ordu quruculuğuna nail olmalı idi. Azərbaycan buna müvəffəq oldu – vaxt qazandı, iqtisadi potensialını, hərbi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi və nəhayət, ərazi bütövlüyü və suverenliyinin bərpasını gerçəkləşdirdi. Bu gün isə postmüharibə reallıqları fonunda sülh daha çox məğlub Ermanistana - kapitulyant İrəvana gərəkdir. İndi sülhə tələsməyən Ermənistan gecikir – vaxt itirir. Vaxt itkisi isə daha böyük itkilərə səbəb olur – siyasi böhran genişlənir, iqtisadi tənəzzül sürətlənir, regional təcrid dərinləşir".
"Digər bir mühüm məqam budur ki, Azərbaycan atəşkəs rejiminin yaradılmasından istifadə edərək öz milli gücünü, hərbi-strateji resurslarını artırmaqla “sülhün alternativi yoxdur” deyənlərin mövqeyinə rəğmən, döyüş meydanında vəziyyəti dəyişdirdi. Bu gün isə “sülhə alternativ yoxdur” deyimi tam olaraq İrəvan üçün keçərli – adekvatdır. Çünki Azərbaycan qarşısında ağır - əzici məğlubiyyətə uğrayan, hərbi potensialı məhv olan Ermənistan nə revanş almaq, nə də reallığı dəyişdirmək qtidarındadır. İrəvan üçün başqa yol yoxdur – ya sülh, ya da sülh" ,- deyə şöbə müdiri əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46

