Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Kampaniya çərçivəsində YAP Yevlax rayon təşkilatının gənc fəalları rayonun müxtəlif ərazilərində - parklarda, küçələrdə, yaşayış binalarının məhəllələrində seçicilərlə söhbət aparıb, onlara YAP tərəfindən irəli sürülmüş namizədlərin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını paylayıblar.
Bu kampaniyanı maraqla qarşılayan yevlaxlı seçicilər bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.