YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında  partiya üzvləri ilə olan görüşlər davam etdirilir

 

       

Oktyabrın  27-də YAP  Samux rayon təşkilatının  Samux şəhər Kolayır və Samux şəhər 3 saylı tam orta məktəb üzrə  ərazi partiya təşkilatlarında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş növbəti görüşlər  keçirilib.

Görüşlər zamanı əvvəlcə  Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, VIII Qurultay Yeni Azərbaycan Partiyasının fəaliyyətində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Qeyd edib ki,  Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün öz tarixinin ən qüdrətli və zəfər dolu dövrünü yaşayır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətimizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirib. Dövlət başçısının Qurultaydakı proqram xarakterli çıxışı hər bir partiya üzvünün qarşısında mühüm öhdəliklər qoyur. Biz yerlərdə, xüsusən ərazi partiya təşkilatlarında işimizi günün tələbləri səviyyəsində qurmalı, partiya sıralarının keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, ideoloji işin gücləndirilməsinə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirməliyik. Hər bir YAP üzvü cəmiyyətdə öz fəallığı ilə seçilməli, dövlət siyasətinin təbliğində və rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak etməlidir.

Çıxış edən partiya fəalları dövlətimizin yürütdüyü daxili və xarici siyasəti tam dəstəklədiklərini bildirib, VIII Qurultayda müəyyən edilmiş hədəflərin Kolayır kənd ərazi partiya təşkilatında da əzmlə icra olunacağını və qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyini vurğulayıblar.