Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Samux rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər reallaşdırır. Rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası olub.
Aksiyada rayon təşkilatının müxtəlif ərazi ilk partiya təşkilatlarından partiya fəalları iştirak ediblər. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən Samux-Kür magistiral avtomobil yolunun kənarına və sosial-ictimai obyektlərin həyətlərinə 500 ədəddən artıq həmişəyaşıl və dekorativ ağac, çinar, Eldar şamı, gül kolu əkilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilib.