YAP Quba rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb

YAP Quba rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb.
YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Habil Bayramlı və partiya fəalları 31 mart 1918-ci ildə ermənilərin Qubada həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan yüzlərlə azərbaycanlının xatirəsinə ucaldılan soyqırım momerial kompleksini ziyarət ediblər.
Qeyd edək ki, 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlı qətlə yetirilib. Ermənilər qoca, qadın, uşaqları fərq qoymadan vəhşicəsinə qətlə yetiriblər. Bütövlükdə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb.
Ermənilərin 1918-ci ilin martında törətdikləri soyqırımına məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verilib.