Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Təzəkənd, Qabaqtəpə, Pirverdilər və Astaf ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsi ilə bağlı yığıncaqlar keçirilib.
Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov və qurultay nümayəndəsi Malik Ələsgərov iştirak edib.
Çıxışlarda ideoloji təhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğu diqqətə çatdırılıb, milli kimliyin qorunması və gənc nəslin dünyəvi təhsilinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, qarşıya qoyulan vəzifələr konkret əməli tədbirlərlə reallaşdırılır və dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin yaşadılmasına, cəmiyyətin mənəvi dayaqlarının gücləndirilməsinə töhfə verir.