YAP S.Vurğun küçəsi 42 üzrə (Azərbaycan Respublikası Diasporla İşlər üzrə Dövlət Komitəsi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlər müzakirə olunub.
Tədbirdə YAP S.Vurğun küçəsi 42 üzrə (Azərbaycan Respublikası Diasporla İşlər üzrə Dövlət Komitəsi) ƏPT-in və Komitənin rəhbərliyi və əməkdaşları, YAP Nəsimi rayon təşkilatının rəhbər heyəti və nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında Prezident İlham Əliyevin nitqinin qarşıdakı dövr üçün əsas vəzifələri müəyyənləşdirdiyini vurğulayıb. Nitqdə irəli sürülən vəzifələrin öyrənilməsinin və təbliğinin, Azərbaycanın tarixinin gənc nəslə çatdırılmasının, informasiya mübarizəsində fəallığın artırılmasının, eləcə də “Böyük Qayıdış” proqramına ictimai dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, YAP Ərazi Partiya Təşkilatının sədri Valeh Hacıyev ölkəmizin əldə etdiyi nailiyyətlərdən və suverenliyin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin və azərbaycançılıq ideologiyasının yaşadılmasının, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının milli həmrəyliyinin möhkəmləndirilməsinin, onların milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirakının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib.
YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov “Böyük Qayıdış” proqramının hədəfləri, ölkənin dayanıqlı iqtisadi inkişafı, eləcə də siyasi və iqtisadi sahələrdə əldə olunan nailiyyətlərdən bəhs edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, YAP Ərazi Partiya Təşkilatı sədrinin müavini Qismət Əhmədov ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra keçirilən YAP Qurultayının və Prezident İlham Əliyevin proqram xarakterli nitqinin əhəmiyyətindən danışıb.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının I Qurultayındakı nitqinin və partiyanın himninin səsləndirildiyi videoçarxın nümayişi ilə başa çatıb.