29 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Həsənsu kənd” və “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın fəaliyyət istiqamətlərinin, qarşıda duran vəzifələrin və ölkənin gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından mühüm siyasi hadisə kimi təqdim olunur. Qurultay çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın dövlətçilik prinsipləri, milli maraqları, siyasi inkişafı və müasir çağırışlara uyğun fəaliyyət məsələlərinin diqqətdə saxlanılmasının əhəmiyyətini ön plana çıxarır.
Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Nizami İsgəndərli, Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbin müəllimi Nizami Alıyev, partiya fəalı Rüfət Axundov və “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatının sədri Tahir Şıxıyev bildiriblər ki, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn məsələlərin öyrənilməsi və təhlili partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Bu kontekstdə dövlət müstəqilliyinin qorunması, milli maraqların təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və sosial-iqtisadi inkişafın davam etdirilməsi kimi məsələlər xüsusi diqqət tələb edir.