Samux rayonunda ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.
30 aprel 2024-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Samux şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.
Ekskursiya zamanı məktəblilərə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Diqqətə çatdırıldı ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.