Yevlax sakini çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib

Yevlax sakini çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilib

Yevlax rayon prokurorluğu şəxsin ölməsi faktı ilə bağlı araşdırma aparır.

Baş Prokurorluqdan bildirilib ki, fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.