"WizzAir" Romadan Bakıya uçuşlara başlayacaq

"WizzAir" Romadan Bakıya uçuşlara başlayacaq

Macarıstanın aşağıbüdcəli aviaşirkəti - "WizzAir" gələn il mayın 1-dən İtaliyanın paytaxtı Romadan Bakıya və əks istiqamətdə uçuşlara başlayacaq.

Uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, "WizzAir" hazırda Macarıstanın paytaxtı Budapeştdən və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Bakıa aviareyslər yerinə yetirir.

Müşfiqə