Günel
1991-ci ildə Türkmənistan Sovet Sosialist Respublikasının Ali Şurası “Türkmənistanın müstəqilliyi və dövlət quruluşunun əsasları haqqında” qanun qəbul edərək SSRİ-nin dağılmasından sonra postsovet məkanında dövlət suverenliyini elan edən son İttifaq Sosialist Respublikalarından biri oldu.
Türkmənistan Konstitusiyada təsbit olunan neytral hüquqi statusun əsas prinsip və məqsədlərinə əməl edərək ölkənin beynəlxalq nüfuzunu artırır.
Bu ölkə BMT, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla sistemli şəkildə siyasi, iqtisadi və mədəni əlaqələr qurur. Türkmənistan sülh və həmrəyliyi gücləndirmək, qlobal məkanda daxili inkişafı və milli maraqları təmin etmək üçün səylərini birləşdirir.
Türkmənistan bu gün sosial-iqtisadi sahədə böyük uğurlara nail olmuş, hər cəhətdən çiçəklənən bir diyara çevrilib.