Türkiyədə zirehli avtomobil aşıb, 6 hərbçi yaralanıb

Türkiyədə zirehli avtomobil aşıb, 6 hərbçi yaralanıb

Türkiyədə, Diyarbakır-Silvan yolunda zirehli avtomobilin aşması nəticəsində 6 hərbçi yaralanıb.

Məlumatı “CNN Turk” yayıb.

Bildirilib ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verirb.

Yaralılar hospitala yerləşdirilib. Onların yaralarının yüngül olduğu vurğulanıb.