Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli danışıqlar Qarabağda nizamlanmaya şərait yaradılması, insanların rahat yaşaması üçün lazımdır.
Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli görüşdə Putin qeyd edib ki, Qarabağda vəziyyətin həlli üçün bir sıra məsələlər müzakirə olunmalıdır.
Bu barədə yeniazerbaycan.com RİA Novosti agentliyinə istinadən xəbər verir.
"Burada həm sülhməramlılarımız müsbət rol oynayırlar, həm də atəşin dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzi fəal işləyir. Təəssüf ki, problemlər, hadisələr var. Təəssüf ki, hələ də qurbansız ötüşmür. Amma biz buna görə toplaşmışıq.
Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.