Ötən gün Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq.
"Report" xəbər verir ki, bu barədə “Sərhədçi” İdman Kompleksində hərbçilərlə keçirilən vida mərasimində elan verilib.