Salyanda iki minik maşını toqquşub.
Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ-21010" markalı minik maşınları toqquşub.
Nəticədə xəsarət alan Neftçala rayon sakini Qulamov Aydın Tahir oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.