Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Sentyabrın 25-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü fonunda xoş payız havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.