Qubada yanğın lokallaşdırılıb

Qubada yanğın lokallaşdırılıb

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur.

APA-nın məlumatına görə, bu barədə ETSN məlumat yayıb.

Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib: 

“Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.