İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 560-a çatıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
"İsrailin Qəzza zolağında davam edən hücumu nəticəsində qurbanlarının sayı 560-a çatıb, 2900-dən çox yaralı var", - Nazirlik bildirib.
Bundan əvvəl Qəzzada 493 nəfərin öldüyü, 2800-ə yaxın insanın yaralandığı bildirilirdi.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800-dən çox adam ölüb, 2 400 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.