İsrail ordusunun Qəzza sektoruna əks-hücumları nəticəsində 160 nəfərdən çox fələstinli həlak olub.
AZƏRTAC xəbər verir ki, “Əl-Hədəth” telekanalı bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
"931 nəfər yaralanıb", - nazirliyin məlumatında belə deyilir.
Xatırladaq ki, bu gün səhər saatlarında HƏMAS hərəkatının silahlı qanadı tərəfindən yəhudi dövlətinin ərazisinə 5 min raket atılıb. İsrail Silahlı Qüvvələri buna cavab olaraq Qəzza sektoruna qırıcı təyyarələrlə hava zərbələri endirməyə başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin müharibə vəziyyətində olduğunu bildirib. Paytaxt Təl-Əviv də daxil olmaqla, Qəzza sektoru ətrafındakı 80 kilometrlik ərazidə hərbi vəziyyət rejimi elan edilib.
Son məlumata görə, raket hücumu nəticəsində azı 40 israilli ölüb, 740- dan çox yaralı var.