Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib.
Bu barədə Azərbaycan XİN xəbər verib.
Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmdə duran məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrılıqda ikitərəfli görüşlərinin keçirilməsi gözlənilir. Görüşlərdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması predmetli şəkildə müzakirə olunacaq.
Nardar