Monteneqro Parlamentinin sədri Danijela Durovic Azərbaycana gəlib.
Bu barədə Monteneqronun Azərbaycandakı Fəxri Konsulu Vüqar Əliyev tviterdəki hesabında yazıb.
“Monteneqro Parlamentinin sədri xanım Danijela Durovici Bakıda qarşılamaq çox xoş oldu”, - konsul qeyd edib.
Onu Milli Məclisin deputatı İqbal Məmmədov və digər şəxslər qarşılayıblar.