MN: Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub

MN: Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub

Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.