Lerik rayonunda 3,6 gücündə zəlzələ olub

Lerik rayonunda 3,6 gücündə zəlzələ olub

Oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lerik rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələ ocağının dərinliyi 16 kilometr olub. 

Qeyd edək ki, oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkəran stansiyasından 12 kilometr şimalda maqnitudası 3.2 olan zəlzələ baş verib.