Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 16-sı saat 15:00-a olan məlumatına əsasən, Daşkəsən, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.
Xidmətdən verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22°-dək, Aran rayonlarında 19°-dək, Naxçıvan Muxtar Respublikasında 22°-dək, dağlıq rayonlarda 12°-dək isti təşkil edib.