Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı avtomobil yolunun Əliqasımlı və Bədirli kəndləri arasından keçən hissəsində qeydə alınıb. Traktorla “VAZ-2106” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində minik avtomobili yoldan çıxaraq əkin sahəsinə düşüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.