Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb

Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb

Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb.

Bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, ötən həftə yerli kanallara 5 milyon 251 min adam baxıb:"Ortalama izləmə müddəti 4 saat olub. Türk kanallarına isə 3 milyon 500 min adam baxıb. Onların ortalama baxışı 2 saat olub. Rus kanallarına baxış sayı isə 1 milyon 550 min olub və ortalama bazış müddəti 30 dəqiqədir. 25 faiz əhali isə digər platformaları izləyib".