ADA Universiteti sığortaçı seçir

ADA Universiteti sığortaçı seçir

ADA Universiteti avtomobillərinin könüllü (KASKO) sığortası üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 9-u, saat 17:25-ə qədər universitetin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 61 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.