Kahramanmaraşda baş verən zəlzələdən 198 saat sonra yeni möcüzə yaşanıb.
18 yaşlı Muhammed Cafer Çetin dağıntılar altından sağ olaraq çıxarılıb.
Türkiyə Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları, Zonguldak mədən işçiləri, UMKE və digər qruplar 7 mərtəbəli binanın dağıntıları altında qalan 18 yaşlı Muhammed Cafer Çetinə çatıb. Çetin 198 saat sonra xilas edilib.
O, tibb qrupları tərəfindən xəstəxanaya aparılıb.