Yevlax şəhərinin M.Ə.Rəsulzadə və Q.Quliyev küçələrində abadlıq-quruculuq işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, küçələrdəki evlərin hasarlarına suvaq vurulur, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bordür düzülərək səkilər salınır. Suvaq işləri başa çatdıqdan sonra divarlar rənglənəcək. Bundan başqa, küçələrdə köhnə elektrik dirəkləri dəyişdiriləcək, yaşıllıqlar salınacaq.