Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq, Tərtər şəhərindəki çoxmənzilli yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri aparılıb.