Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq SOCAR tərəfindən Naftalan şəhərində və Qaşaltı, Qaraqoyunlu, Qasımbəyli kəndlərində tənha yaşayan ahıllara, aztəminatlı, qayğıya ehtiyacı olan ailələrə və şəhid ailələrinə yardım edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar həmin kateqoriyadan olan 500 ailənin ünvanına çatdırılıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.