Şəhid ailələrinə güzəştlərlə bağlı qanuna dəyişiklik edildi

Şəhid ailələrinə güzəştlərlə bağlı qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir ki, Qanuna dəyişikliklə şəhid ailəsinin üzvlərinə sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı üstünlük veriləcək.