Naftalan Şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər təşkilatının və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, həmçinin YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Gənclər və İdman İdarəsinin rəisi, ŞİHB-nin müavini və könüllülər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Sonra 2020-ci il "Könüllülər ili" çərçivəsində könüllülük fəaliyyətində aktiv iştirakına görə bir qrup gəncə YAP Naftalan şəhər təşkilatı tərəfindən diplom və hədiyyələr təqdim olunub.