Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Bilik gücümüzdür” layihəsi çərçivəsində növbəti tədbirini 13 oktyabr 2020-ci ildə 14.00-datəşkil edib.
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi"nin sədri Xoşbəxt Seyidova tədbirdə çıxış edərək, layihə haqqında məlumat verib. Onun sözlərinə görə, pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün onların dəstəyə daha çox ehtiyacları var.
Xatırladaq ki, seminarların əsas məqsədlərindən biri pandemiya zamanı qapalı vəziyyətdə olan gənclərimizdə özünəinamı artırmaq, onların diqqətini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməsini təmin etməkdir.