Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Bilik gücümüzdür” layihəsi çərçivəsində növbəti tədbirini 14 oktyabr 2020-ci ildə 14.00-datəşkil edib.
Xatırladaq ki, layihənin məqsədi gənclər arasında zorakılığa qarşı mübarizə istiqamətində məlumatlandırıcı və maarifləndirici onlayn seminarlar keçirmək və bu sahəyə ictimayyətin diqqətini cəlb etməkdir. Seminarların əsas məqsədlərindən biri də pandemiya zamanı qapalı vəziyyətdə olan gənclərimizdə özünəinamı artırmaq, onların diqqətini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməsini təmin etməkdir.