Azərbaycan Ordusunda keçirilən “Ən yaxşı haubitsalı özüyeriyən artilleriya divizionu” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları da iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, plana uyğun olaraq keçirilən yarışda döyüş və döyüşə hazırlıq mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqlar yerinə yetirilərək məqsədlərə nail olunub.