Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib

Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanan evdə azyaşlı qalıb. Azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.