2028-ci ilin “Gənclər” və “İdman” paytaxtları müəyyənləşib

2028-ci ilin “Gənclər” və “İdman” paytaxtları müəyyənləşib

Noyabrın 26-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2028-ci il üçün “Gənclər Paytaxtı” və “İdman Paytaxtı” müəyyənləşib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səsvermənin nəticələrinə əsasən, Tərtər “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçilib.

Qeyd edək ki, il ərzində Tərtərdə və Masallıda gənclər və idman sahələrini əhatə edən müxtəlif tədbirlər keçiriləcək.